Sürücülərə xəbərdarlıq - Bu yollarda diqqətli olun!
22 May 2020 10:59
1666

Sürücülərə xəbərdarlıq - Bu yollarda diqqətli olun!

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı Dairəvi-1 avtomobil yolunda əyri-xətli dəmir tirlərin təmiri, Bakı-Şamaxı magistral yolunda isə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Bu barədə Yenisabah.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkə diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Oxşar xəbərlər