Bakıda sıxlıq olan ərazilər açıqlanıb.
Bakı Nəqliyyat Agentliyindən Yenisabah.az-a verilən məlumata görə, hazırda Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsi istiqamətindən başlayaraq, “Avtovağzal” metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi istiqamətində), Binəqədi şosesi - (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur.
Həmçinin Ziya Bünyadov prospekti - Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə) sıxlıq müşahidə olunur. Səbəbi isə nəqliyyat vasitələrinin çoxluğudur. Dominos pizza
Tbilisi prospekti - Əsas yol - (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq var.
Telegram kanalımız