Sürücülərin nəzərinə: Bunu etməsəniz cərimələnəcəksiniz
15 Apr 2021 08:59
931

Sürücülərin nəzərinə: Bunu etməsəniz cərimələnəcəksiniz

Dayanma və durmanı qadağan edən nişanın tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrlə bağlı yeni qaydalar sürücülər arasında anlaşılmazlıq yaradıb.

“Yeni Sabah” Xəzər TV-yə istinadən xəbər verir ki, yeni qaydalardan səthi məlumatı olan sürücülərin çoxu demək olar ki, bunu səhv başa düşüblər.

Sürücülər elə zənn edirlər ki, yeni qaydaya əsəsan gün boyu şəhər ərazisində dayanma və durmanı nə qədər pozsalar da cəmi bir dəfə cərimə olunacaqlar. Amma bu belə deyil.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, sürücülər mümkün qədər dayanma və durma qaydasını pozmamalıdırlar. Qaydalara əməl etmədikdə bu yollarda sıxlığa səbəb olur. Dayanma və durmanı tələbini eyni yerdə pozan sürücülər yalnız bir dəfə cərimə tətbiq ediləcək.

Araz Əsgərlinin sözlərinə görə avtobusların dayanacağında avtomobilini park edən sürücülər 40 manat cərimə olunur. Yol polis əməkdaşı onu da bildirdi ki, avtobus dayanacağını zəbt edən avtomobil cərimə olunmaqla bərabər, sərnişin və avtobuslara maneə olduğundan ərazidən mütləq qaydada evakuasiya edilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər