Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Şuşa Bəyannaməsindən sonra Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac yoxdur”  - AÇIQLAMA
11 İyl 2021 14:40
4067

“Şuşa Bəyannaməsindən sonra Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac yoxdur” - AÇIQLAMA

44 günlük II Qarabağ savaşından sonra yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti son günlərdə yenidən gündəmə gəlib. Buna səbəb də ermənilərin Ağdamda atəşkəsi pozmalarıdır.

Monitorinq Mərkəzinin funksiyası nədir? Yalnız monitorinq etmək, yoxsa tərəflərdən biri digərinə hücum etsə, bu prosesə müdaxilə etmək yetkiləri var?

Tərxis Olunmuş Hərbçilər Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Monitorinq Mərkəzi ölkələrinin hər an məsuliyyətli olmalarının vacibliyinə toxundu: “Bildiyimiz kimi, həm Rusiya, həm də Türkiyə atəşkəsə əməl olunması üçün birgə Monitorinq Mərkəzi yaradıblar. Hər iki dövlətin Cənubi Qafqazda böyük nüfuzu var, həm Azərbaycan, həm də Ermənistan üzərində təsir imkanları böyükdür. Monitorinq Mərkəzinin funksiyası təkcə nəyisə qeydə almaqdan ibarət deyil. Həm də 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli sənədə, eyni zamanda, bu il 11 yanvardakı üçlü bəyanata əməl olunmasını təmin etməkdir. Bəyanat nəticəsində bu Monitorinq Mərkəzi yaradılıb. Mərkəzin işi təkcə atəşkəsi kim pozdu, silahı kim atdı filan işləri araşdırmaq deyil. Atəşkəsi hansı tərəf pozubsa, həmin ölkə buna aydınlıq gətirməlidir. Onu pozan hərbçilər, xüsusilə, yüksək rütbəlilər dərhal vəzifələrindən kənarlaşdırılıb, cəzalandırılmalıdır. 1-2 dəfə bu olarsa, haradasa başa düşmək olar. Amma bu davamlı xarakter alarsa, demək həmin dövlətin dövlət siyasəti budur. Görünür ki, Ermənistan hələ də ağlını başına yığmayıb.

Emin Həsənli: “Yaxın illərdə mənzilsiz hərbi qulluqçu, şəhid ailəsi  qalmayacaq”

Emin Həsənli: “Monitorinq Mərkəzinin funksiyası təkcə nəyisə qeydə almaqdan ibarət deyil, həm də...”

Rusiya və Türkiyə birlikdə onun ağlını başına yığmalıdır. Əks halda onlar da Minsk qrupunun digər həmsədrləri, BMT Təhlükəsizlik Şurasının digər üzvləri kimi bu məsələni zamana buraxacaqlarsa, qarışıqlı danışıqlar əsasında fikirlər irəli sürüləcəksə, terrora, işğala məruz qalanın adı açıq deyilməyəcəksə, bu hadisələri törədənlər cəzalarını almayacaqlarsa, onda Azərbaycan Vətən müharibəsində olduğu kimi məcbur qalıb, həmin hadisələri törədənlərə özü cəza verməli olacaq. Bunun üçün Silahlı Qüvvələrimiz, hüquq mühafizə, təhlükəsizlik orqanlarımız var. Təhlükəsizliyi öz üzərinə götürən Rusiya və Türkiyə bu məsələdə məsuliyyət daşıyırlar. Bu məsələdə cinayətkar olan Ermənistan hərbi qulluqçularını cəzalandırmaq, məhkəmələrini təmin etmək, onlara cəza vermək prosesini nəzarətdə saxlamaq həmin dövlətlərin üzərinə düşür. Belə olarsa, gələcəkdə bunlar bu cür halların təkrarlanmamasına gətirib çıxara bilər. Əks halda cəzasızlıq mühiti davam edəcəksə, bunun nəticələri başqa cür ola bilər. Onun üçün də Monitorinq Mərkəzi ölkələri bunu diqqətdə saxlamalı, məsuliyyətlərini bir anda unutmamalıdırlar”.

Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə

Məhəmməd Əsədullazadə: “Şuşa Bəyannaməsindən sonra Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac yoxdur”

Politoloq Məhəmməd Əsədullazadə ümumiyyətlə, mərkəzin fəaliyyətinə lüzum görmür: “İkinci Qarabağ müharibəsindən sonra Ağdamda Türkiyə-Rusiyanin iştirakı ilə atəşkəsə nəzarət mərkəzi ilk növbədə 10 noyabr Birgə Bəyannaməsinə uyğun deyil. Çünki həmin Bəyannamənin 4-cü bəndinə əsasən erməni silahlı birləşmələri çıxarılmalıdır. Belə olan təqdirdə Azərbaycan ərazisində belə bir mərkəzə ehtiyac olmamalıdır. Bu, Ermənistan və Azərbaycan dövlət sərhədində sülh müqaviləsinin bağlanmasına kimi davam etməli idi. Sabah Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlansa Azərbaycan ərazisində Monitorinq mərkəzi yenəm də davam edəcək. Çünki bu Azərbaycan ərazisində Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında silahlı erməni terrorçuları ilə Azərbaycan ordusu arasında təmas xətti kimi olacaq. Rusiya bunun üçün bu zəmini yaradıb. Ötən həftə Ağdamda silahlı erməni terrorçuları Azərbaycan hərbçisini yaraladı. Monitorinq Mərkəzi nə etdi? Heç bir şey. Etməyəcək də. Sadəcə bu Mərkəz Türkiyənin Qarabağda rəsmi iştirakıdır. Qeyd edim ki, artıq Şuşa Bəyannaməsindən sonra Monitorinq mərkəzinin fəaliyyətinə ehtiyac yoxdur. Türkiyə artıq Qarabağdadır. Ona görə də Azərbaycan bu mərkəzin bağlanmasını və silahli erməni birləşmələrinin ləğvini tələb etməlidir”./Musavat.com

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər