Şuşada mina partlayışında xəsarət alan şəxsin   SON VƏZİYYƏTİ

saytların hazırlanması

Evə çatdırılma

Şuşada mina partlayışında xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

Hadisə

28 Sentyabr 2026 22:05 114


Şuşa rayonunun Cəmillər kəndi ərazisində baş verən mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1979-cu il təvəllüdlü şəxs (kişi) sentyabrın 28-də saat 10 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.

"Aparılan müayinələr zamanı pasiyentə təpə nahiyəsinin kəsilmiş yarası, L1 fəqərəsinin köndələn çıxıntısının minimal sınığı, döş sümüyünün xətti sınığı, bədənin müxtəlif nahiyələrində sıyrıqlar və sağ yuxarı ətrafın I dərəcəli yanığı diaqnozları təyin edilib. Sezar pizza

Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyəti kafi qiymətləndirilir. Müalicəsi Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!