Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Şuşada selfi çəkdirib, poz verməkdənsə...” – Xuraman Şuşalı
14 Sen 2021 14:30
8406

“Şuşada selfi çəkdirib, poz verməkdənsə...” – Xuraman Şuşalı

Son günlər Şuşaya səfərlər intensiv xarakter alır. QHT, media, ədəbiyyat və incəsənət sektorunun nümayəndələri artıq azad şəhərə ayaq basıb. Bu sıraya şəhid ailələri üzvləri də daxil olub.

Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı doğulduğu şəhərə hələ də gedib çıxa bilməməsindən şikayətçidir: 

“Şuşa alınana qədər ora haqqında nəsə bir veriliş, söhbət, müzakirə olanda birinci mən dəvət edirdilər. Həmişə ilk mən yada düşürdüm. Mən danışar, mən ağlayar və yenidən uşaqlıq illərimə qayıdardım. İndi şükürlər olsun, Şuşa alınıb, amma gedə bilmirəm.

Məxsusi heç yerə və heç kimə müraciət etməmişəm, o vaxt da kiməsə demirdim ki, məni verilişə çağırın. Özləri zəng vurub, dəvət edirdilər. 

Bircə dəfə siyahını tərtib edən şəxsdən bu barədə soruşdum, dedi ki, düşündük, uşaqlısan, getməzsən, ona görə sənin adın Şuşaya səfər edənlər siyahısında yoxdur. 

Allah şahidimdir ki, nə kiməsə müraciət etmişəm, nə ağız açmışam. Amma çox incimişəm, çünki mən Şuşadan sonuncu çıxan 8 yaşlı qızam. Həmin o qız! Çox istəyərdim Şuşaya ilk gedənlərdən olum. Amma olmadı, mən də sakitcə “növbəmi” gözləyirəm, İncimişəm, çox incimişəm. Hisslərimi ifadə etmək çətindir, çox pisəm. Bəlkə də kimlərsə bunu harasa yozacaqlar, amma ata-anası ilə Şuşadan çıxan biri kimi hamıdan əvvəl orada mən olmalı idim. Ən azı bu mənə təklif olunmalı idi”.

Xanım sənətçi bir neçə gün əvvəl prodüser Tarix Əliyevin (Tolik) səsləndirdiyi “Kimin tanışı, “dayday”ı var, hamısı Şuşadadır” sözlərinə də münasibət bildirib:

 “Bu məsələnin qanuni tərəflərini dəqiq bilmədiyimə görə çox fikir yürütmək istəmirəm, amma baxıram ki, Şuşaya konsert üçün bir neçə dəfə gedənlər var. Bilirəm ki, onların “adamı” var, ona görə hər dəfə siyahıya adları salınır. Ya atası vəzifədədir, ya da... Şübhələndiyim məqamlar var, lakin Allahın öhdəsinə buraxmışam. Allah özü yolumuzu açsın. Şuşa alınıb, indi şuşalı olmayanların da hamısı “şuşalı” olublar. 

Ərim bu yaxınlarda işlədiyi telekanalın xətti ilə şəhid övladlarını Şuşaya aparacaq. Bunu mənə deyəndə çox sevindim, çünki istəyirəm o torpaqlara birinci şəhid övladları, valideynləri getsin. Düşünürəm ki, Şuşaya gedib selfi çəkdirib, poz verənlərdənsə, şəhid övladları, anaları getsə, daha yaxşı olar. Gəlin, Şuşaya səfərləri şouya çevirməyək!”

Əsmətxanım

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər