Tahir Kərimli deputatlığa namizəd olmayacaq? - AÇIQLAMA 

saytların hazırlanması

Evə çatdırılma

Tahir Kərimli deputatlığa namizəd olmayacaq? - AÇIQLAMA 

Siyasət

11 İyul 2024 16:15 933


Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq bir sıra partiyalar namizədlərini müəyyənləşdirib. Eyni zamanda müəyyən şəxslər fərdi qaydada namizədliklərini irəli sürəcəklərini bildiriblər. 

VI çağırış Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimlidən isə hələ ki səs-soraq yoxdur. Tahir Kərimli namizədliyini irəli sürəcək? 

Onun köməkçisi Aftandil Məmmədov Modern.az-a bildirib ki, Tahir Kərimlinin namizədliyinin irəli sürülüb-sürülməyəcəyi hələ dəqiqləşməyib:  Toyuqlu pizza

"Partiya olaraq seçkilərdə iştirak edəcəyik. Amma şəxsən Tahir müəllimin seçkilərdə iştirakı hələ o qədər də gündəmdə deyil. Nəzərdə tutulmur. Lakin gələcəklə bağlı dəqiq heç nə deyə bilmərəm". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!