"Taliban" hökumətinin Daxili İşlər Nazirliyi Əfqanıstanda xaşxaş becərilməsinin sıfıra endirildiyini elan edib.
Yenisabah.az "Tolou News"a istinadla xəbər verir ki, bunu nazirliyin Narkotiklərə Nəzarət Departamenti direktorunun müavini Molla Əbdülhəqq Həmkar açıqlayıb.
Onun sözlərinə görə, son bir ildə 78 hektardan çox xaşxaş sahəsi ləğv edilib. Eyni zamanda, bu müddətdə 2 mindən çox narkotik alverçisi həbs edilib və 48 min narkoman müalicə olunmaq üçün xüsusi klinikalara köçürülüb. Sezar pizza
Molla Əbdülhəqq Həmkar ölkədə 2950 narkotik qaçaqmalçısının həbs edildiyini və 28 laboratoriyanın ləğv olunduğunu açıqlayıb.
Telegram kanalımız