“Taliban“ keçmiş hərbçiləri orduya dəvət edir

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“ keçmiş hərbçiləri orduya dəvət edir

Dünya

22 Fevral 2022 17:47 640


2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatı yeni orduda xidmət etmək üçün keçmiş rejimin üzvlərini cəlb etmək niyyətindədir.

Yenisabah.az “The Nation”a istinadla xəbər verir ki, “Taliban”ın “Təsfiye al-Saf” ("Üsyan Komitəsi"nin) rəhbəri Lətifullah Həkimi Kabildə keçirdiyi mətbuat konfransında deyib:

“Biz keçmiş hərbçiləri ordumuzda xidmət etmək üçün cəlb edirik”. pizza hut

Onun sözlərinə görə, “Taliban”ın yaratdığı yeni ordu ABŞ ordusunun Əfqanıstanda qoyub getdiyi silah və hərbi texnikadan istifadə edəcək.

“Biz artıq 80-dən çox helikopteri və amerikalıların qoyub getdiyi təyyarələrin yarıdan çoxunu təmir etmişik. 300 min odlu silah, 26 min ağır silah və 61 min hərbi maşınımız var”, - deyə Hakimi vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!