Əfqanıstanın "Taliban" və İran sərhədçiləri arasında insident olub.
Yenisabah.az "Sputnik"ə istinadla xəbər verir ki, insident Əfqanıstanın Zərənc şəhəri (Nimroz əyaləti) yaxınlığındakı “Abrişem” körpüsündə baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, iranlılar qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan 2 yük maşınına atəş açıblar və onların dayanmaq tələbinə cavab verməyiblər. Birinci avtomobil yola düşə bilib, iranlılar isə ikinci maşını hərəkətini dayandırmağa məcbur edə biliblər, bundan sonra sürücünü döyüblər. pizza hut
"Taliban" hadisəyə avtomobillərlə iranlı sərhədçilərə atəş açaraq cavab verib, atışma bir saatdan çox davam edib. Daha sonra tərəflər danışıqlara başlayıb.
Telegram kanalımız