Tanınmış aktyor üçüncü dəfə əməliyyat oldu

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış aktyor üçüncü dəfə əməliyyat oldu

Şou

07 Mart 2024 01:37 1012


Bu həftə xəstəxanadan evə buraxılacağı gözlənilən türkiyəli aktyor Səttar Tanrıöğenin səhhəti yenidən pisləşib.

Yenisabah.az Axşam.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl iki dəfə əməliyyat olunan Tanrıöğənin baş ağrıları artıb. Müayinələr zamanı onun yenidən əməliyyat olunmasına qərar verilib.

Aktyorun müalicəsi bir müddət xəstəxanada davam edəcək. Marqarita pizza

Qeyd edək ki, sənətçi beyninə qan sızdığı, daha sonra isə beynində yaranan maye səbəbindən əməliyyat olunmuşdu. Tanrıöğen səhhətində yaranan problemə görə son rol aldığı "Kızılcık şerbeti"nin aktyor heyətindən ayrılıb. Onun canlandırdığı "Abdullah" obrazını isə ekran işində aktyor Ahmet Mümtaz Taylan əvəzləyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!