Tanınmış bloqer ərinin ayaqlarını yuyub öpdü - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış bloqer ərinin ayaqlarını yuyub öpdü - FOTO

Şou

01 May 2025 11:52 718


Son günlər sosial media yenidən mübahisəli görüntülərlə çalxalanır. Tanınmış fenomen Dilan Polat, “Instagram” hesabında həyat yoldaşının ayaqlarını yuyarkən və öpərkən çəkilmiş görüntüsünü paylaşaraq izləyicilərini iki yerə bölüb.

Yenisabah.az xəbər verir ki, paylaşımda yazılan "Ayaq fobiyan var, amma iş ərə gəlincə..." ifadəsi  geniş tənqidə səbəb olub.

Cəmiyyətin əksəriyyəti bu davranışı zövqsüzlük və ifrat şəkildə özəl həyatın ictimailəşdirilməsi kimi qiymətləndirib. Sosial media istifadəçiləri belə görüntülərin ailə dəyərlərini təhrif etdiyini, şəxsi münasibətlərin nümayişkaranə şəkildə paylaşılmasının isə normal davranış çərçivəsindən çıxdığını bildirirlər. Marqarita pizza

Bəzi ekspertlər bu cür paylaşımların psixoloji təsirlərinə də diqqət çəkərək, xüsusilə gənc izləyicilər üçün münasibət anlayışını təhrif edə biləcəyini vurğulayır. Sosial mediada "sevgi" adı altında edilən ifrat davranışların cəmiyyətə yanlış nümunələr təqdim etdiyi fikri getdikcə daha çox səslənir.

Qeyd edək ki, bu ilk hal deyil. Son illərdə şəxsi münasibətləri ilə gündəmə gələn sosial media fenomenlərinin bu cür paylaşımları getdikcə artmaqdadır. Mütəxəssislər bu cür kontentlərə qarşı daha ciddi nəzarət və maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayır.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!