Tarakanlardan biznes - Hamının öldürmək istədiyi həşərat sərvət gətirir

saytların hazırlanması

Evə çatdırılma

Tarakanlardan biznes - Hamının öldürmək istədiyi həşərat sərvət gətirir

Dünya

08 Sentyabr 2026 14:40 94


Evlərdə görəndə çoxlarının qorxduğu tarakanlar Çində böyük gəlir mənbəyinə çevrilib.

“Yeni Sabah” xəbər verir ki, milyardlarla tarakan xüsusi müəssisələrdə yetişdirilir. Bu həşəratlar həm qida tullantılarının məhv edilməsində, həm də dərman və heyvan yemi istehsalında istifadə olunur.

Çinin Cinan şəhərində yerləşən böyük təsərrüfatlardan birində təxminən 1 milyard tarakan saxlanılır. Restoranlardan toplanan qida qalıqları ilə bəslənən həşəratlar gün ərzində 15 tona yaxın qida tullantısını məhv edir. pizza

Tarakanların müəssisədən qaçmasının qarşısını almaq üçün ərazi su kanalları ilə əhatə olunub. Kanallarda saxlanılan balıqlar isə qaçmağa çalışan həşəratları yeyir.

Sahibkar Li Yanronq bu biznesə 2014-cü ildə cəmi 400 kiloqram tarakanla başlayıb. Həşəratların sürətlə çoxalması nəticəsində təsərrüfat qısa müddətdə böyük istehsal sahəsinə çevrilib. Ömrünü tamamlayan tarakanlar qurudularaq zülalla zəngin toz halına salınır və heyvan yemlərinin hazırlanmasında istifadə edilir.

Siçuan bölgəsində fəaliyyət göstərən tibbi müəssisələrdən birində isə ildə təxminən 6 milyard tarakan xüsusi şəraitdə yetişdirilir. Burada hər gün 6 tona yaxın tarakan emal olunur. Onlardan alınan ekstraktın təxminən 600 min şüşə tibbi məhsulun hazırlanmasında istifadə edildiyi bildirilir. Bu məhsullar əsasən mədə xorası və digər həzm sistemi problemlərinin müalicəsində, eləcə də ənənəvi Çin təbabətində tətbiq olunur.

Orta ölçülü tarakan təsərrüfatlarının illik dövriyyəsinin 500 min dolları keçə bildiyi qeyd olunur. Böyük səhiyyə şirkətlərinin bu sahədən əldə etdiyi gəlir isə yüz milyonlarla dollarla ölçülür.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!