“Taxıl müqaviləsi”nin bitməsinə hələ bir həftə qalıb. Onun uzadılması istiqamətində işlər davam edir”.
Yenisabah.az “Interfaks”a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib: “Bilirsiniz ki, faktiki olaraq uzadılma tarixinə bir həftə qalıb, ona görə də iş davam edir. Sövdələşmənin bütün mexanizminin tərkib hissəsi olan bu razılaşmada bizim maraqlarımız təmin olunub və keçən həftə BMT nümayəndələri ilə kifayət qədər konstruktiv danışıqlar aparılıb”. pizza
Peskov, həmçinin, Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Rusiyanın dünya bazarlarının ərzaq tədarükünə mane olduğu kimi göründüyü barədə iddiasını da təkzib edib.
“Bu, prinsipial olaraq doğru deyil, çünki Rusiya ərzaq məhsullarının dünya bazarlarına çıxarılmasına mane olmur. Rusiya, əksinə, bu tədarüklərin ümumi həcminin kiçik bir hissəsinin həyata keçirilməsinə kömək edir. Ümumi qlobal həcmdən tədarüklərin böyük əksəriyyətinin nə Rusiya, nə də Ukrayna ilə heç bir əlaqəsi yoxdur”.
Xatırladaq ki, ötən həftə Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, ABŞ və Avropa İttifaqı “taxıl sazişi”nin Rusiya hissəsinin həyata keçirilməsinə maneələr yaratmaqda davam edir. Moskvanın onun uzadılması ilə bağlı qərar qəbul edilən zaman bu amili nəzərə alacağına söz verib.
Telegram kanalımız