TƏCİLİ! Azərbaycanda minlərlə insanın aldığı arıqlama məhsullarında təhlükəli maddə tapıldı -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ! Azərbaycanda minlərlə insanın aldığı arıqlama məhsullarında təhlükəli maddə tapıldı - FOTOLAR

Sağlamlıq

08 İyul 2026 09:52 896


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkələrdə reklam edilərək satılan arıqlama məqsədli qida məhsulları ilə bağlı vətəndaşlara mühüm xəbərdarlıq edib.

"Yeni Sabah" xəbər verir ki, AQTA-nın apardığı monitorinqlər zamanı çay, qəhvə və kapsul formasında satışa çıxarılan bir sıra bioloji aktiv qida məhsullarında ciddi qanun pozuntuları aşkarlanıb.

Məlumata görə, monitorinqlər çərçivəsində "Slimluxcoffee_ariqladici_kofe", "Vellara.baku" və "Spirulina_azerbaijan_official" "Instagram" hesablarından əldə olunan məhsul nümunələri laborator müayinələrə cəlb edilib. pizza mizza

Müayinələrin nəticəsinə əsasən, "SLT Slim Lux Coffee Premium" (fındıqlı), "SLT Slim Lux Coffee Premium", "Good Lux Green Coffee", "Green Good Lux Slimming Coffee" (fındıqlı), "Green Good Lux Slimming Capsules", "Saffren Dietary Supplement", "Spirulina", "Vellara Form Coffee" və "Vellara Form Tea" məhsullarında qida məhsullarında istifadəsinə yol verilməyən, insan sağlamlığı üçün təhlükəli olan sibutramin maddəsi aşkarlanıb.

AQTA-nın açıqlamasına əsasən, sibutramin ürək-damar sistemi xəstəlikləri, infarkt və insult riskini artırır, eyni zamanda ciddi psixi pozuntulara səbəb ola bilər. Bildirilir ki, sibutraminin həm qida məhsullarında, həm də dərman vasitələrinin tərkibində istifadəsi Azərbaycanda qadağandır.

Araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən məhsullar ölkəyə şəxsi istifadə məqsədilə gətirilsə də, sonradan sosial şəbəkələr vasitəsilə qanunsuz satışa çıxarılıb. Bu məhsulların ölkəyə idxalına qadağa qoyulması ilə bağlı istehsalçı ölkənin səlahiyyətli qurumlarına da rəsmi müraciət ünvanlanıb.

Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara, o cümlədən hüquq-mühafizə orqanlarına məktublar göndərilib.

AQTA vətəndaşları sosial şəbəkələr vasitəsilə qanunsuz satılan, heç bir sənədi olmayan, mənşəyi və təhlükəsizliyi barədə etibarlı məlumat təqdim edilməyən arıqlama məhsullarından istifadə etməməyə çağırıb.

Sibutramin aşkarlanan məhsullar bunlardır:

SLT Slim Lux Hazelnut Coffee Premium

SLT Slim Lux Coffee Premium

Good Lux Green Coffee

Green Good Lux Hazelnut Coffee

SLT Slim Lux Coffee Premium

Green Good Lux Slimming Capsules

Vellara Form Coffee

Vellara Form Tea

Spirulina

Saffren Dietary Supplement

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!