Bəzi yerlərdə bir çayın qarşı tərəfinə keçmək sadəcə çətinlik deyil, həyat məsələsidir. Cənubi Amerikada isə bir kənd sakininin hazırladığı sadə qurğu illərdir bu təhlükəni aradan qaldırıb.
Burada vulkanının yamaclarından axan Taniluya çayı güclü axını və daşıdığı vulkanik palçıq səbəbindən bölgə sakinləri üçün ciddi təhlükə yaradır. Xüsusilə yağışlı mövsümdə çayı keçmək istəyən avtomobillər çevrilir, insanlar və motosikletçilər palçıqda ilişib qalırdı. Ən böyük problem isə xəstələrin xəstəxanaya çatdırılması idi.
“Yeni Sabah” xəbər verir ki, qonşularının çayda tez-tez çətin vəziyyətdə qaldığını və xəstələrin vaxtında xəstəxanaya çatdırılmadığını görən Hermelindo Arriola problemi özü həll etmək qərarına gəlib. Pepperoni pizza
Heç bir rəsmi mühəndislik təhsili olmayan Arriola çayın iki sahili arasında 116 metr uzunluğunda qalın polad troslar çəkib.
Daha sonra özü 1 metr enində, 2 metr uzunluğunda möhkəm metal səbət hazırlayaraq onu troslara birləşdirib. Qurğu həm ayaq üstə duran insanları, həm də motosikleti sürücüsü ilə birlikdə çayın bir sahilindən digərinə keçirməyə imkan verir.
Arriola mümkün qəzanın qarşısını almaq üçün təhlükəsizlik sistemi də hazırlayıb. Əsas çarxın oxunda problem yarandığı halda səbəti dərhal saxlayan avtomatik əyləc sistemi qurub.
Hazırlanan bu qurğu xüsusilə yağışlı mövsümdə böyük əhəmiyyət daşıyır. Xəstələr və yaralılar çayın təhlükəli axınına girmədən qısa müddətdə qarşı sahilə keçirilir və xəstəxanaya çatdırılır.
Məlumata görə, qurğu indiyədək 14 mindən çox insanın təhlükəsiz şəkildə çayın qarşı tərəfinə keçməsinə kömək edib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız