Belçikanın Liej şəhərində tələbə etirazları nəzarətdən çıxıb. Hadisələrin şəhərin müxtəlif ərazilərinə yayılmasından sonra yerli hakimiyyət sərt qərar qəbul edib.
“Yeni Sabah” xəbər verir ki, Liej şəhərində baş verən tələbə olayları çərşənbə günü də davam edib. Gün ərzində vəziyyətin sakitləşəcəyi gözlənilsə də, axşam saatlarında hadisələr yenidən genişlənib. Liej şəhərinin meri Villi Demeyer gün ərzində tələbələrə müraciət edərək məktəblərə qayıtmalarını istəyib. Polislə birlikdə yayılan müraciətdə hadisələrə son qoyulması və tələbələrin dərslərə qayıtması tələb olunub. Bundan sonra bəzi tələbə nümayəndələri merlə görüşüb. Lakin günün ikinci yarısında etirazlar yenidən güclənib. Əvvəlcə sakit xarakter daşıyan tələbə etirazları daha sonra zorakılıq və ictimai əmlaka zərər vurulması ilə müşayiət olunub.
Vəziyyətin ağırlaşmasından sonra Belçikanın milli xəbərdarlıq sistemi BE-Alert işə salınıb. Liej şəhərindəki bütün iş yerlərinə fəaliyyətlərini dayandırmaları barədə xəbərdarlıq göndərilib. Bundan sonra hadisələrin şəhərin müxtəlif ərazilərinə yayıldığı, bir sıra obyektlərin şüşələrinin sındırıldığı və maddi zərərin yarandığı bildirilib.Axşam saatlarında bəzi ərazilərdə hadisələrin hücumlara çevrildiyi və polisin müdaxilə etdiyi bildirilib. Vəziyyətə nəzarət etmək çətinləşdikdən sonra Liej meri Villi Demeyer şəhərdə insanların bir araya gəlməsinə məhdudiyyət qoyub. Merin açıqlamasına əsasən, oktyabrın 8-də səhər saat 06:00-dan etibarən ikinci göstərişədək üç nəfərdən çox şəxsin bir yerdə toplaşması qadağan edilib.Bununla yanaşı, gənclər arasında və sosial şəbəkələrdə Brüsseldən Liejə bıçaqlı qrupların gələcəyi barədə məlumatlar yayılıb. Liej Universitetinin kampusuna da bəzi qrupların hücum edəcəyi barədə paylaşımlar şəhərdə narahatlıq yaradıb. Hakimiyyət bu məlumatları yayan və hadisələrə qoşulan şəxsləri ciddi nəzarətdə saxlayır. Liej prokurorluğu daha əvvəl də fiziki və ya internet üzərindən qanun pozuntularında iştirak edən şəxslər barədə cinayət işi başlanacağını açıqlamışdı. Sezar pizza
Əsmətxanım Rzazadə
Telegram kanalımız