Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci bu gün “Yeni Sabah”da yayımlanan müəllimlərin imtahan verən tələbədən rüşvət tələb etməsi haqda səs yazısı haqda açıqlama verib.
Maraqlıdır ki, açıqlama Kollec rəhbərliyi və ya mətbuat xidməti adından deyil, kollektiv adından Yenisabah.az-a daxil olub. Qarşı tərəf olaraq həmin açıqlamanı olduğu kimi təqdim edirik:
“Biz Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin kollektivi olaraq, sizin Yeni Sabah internet portalında 27.04.2023-ci il səhifəsində gedən məlumatda əks olunan məqalə və səs yazısını təkzib edib bildiririk ki onlar həqiqəti əks etdirmir. Bildirmək istəyirik ki, bu kollec böyük ənənələrə malik bir təhsil ocağıdır. Kollecimizde Respublikamızın bütün bölgələrindən 1400-ə yaxın tələbə təhsil alır. Burada ümumilikdə 200 ə yaxın müəllim və texniki işçi çalışır. Ona görə də yazılan məlumat təhsil ocağının fəaliyyətinə xələl gətirir. Sizdən xahiş edirik ki bu məlumatı paylaşmaqla qarşı tərəfin mövqeyini əks etdirəsiniz. pizza hut
Hörmətlə GDİT KOLLECİ”.
Telegram kanalımız