Telekanallar ələ keçirildi: Priqojin danışır - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Telekanallar ələ keçirildi: Priqojin danışır - VİDEO

Dünya

24 İyun 2023 07:47 74734


Rusiyada müxtəlif telekanaların yayımına hakerlər tərəfindən müdaxilə edilib və "Vaqner" rəhbəri Yevgeni Priqojinin müraciəti səsləndirilib.

“Yeni Sabah” Axar.az-a istinadən bildirir ki, həmin səs yazısında Priqojin Rusiya hakimiyyətinin rüsvayçılığına son qoymağa və əhalini buna qarşı birləşməyə çağırış edir.

Qeyd edək ki, az öncə Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, "Vaqner"ə qarşı artilleriya və hərbi təyyarələrdən istifadə edərək, böyük əməliyyat keçirdiyini bildirib. "Vaqner" düşərgələrinə endirilən zərbə nəticəsində yüzlərlə vaqnerçinin öldüyü və yaralandığını da iddia edib. pizza

Bunun ardınca Priqojin "hərbi çevriliş elan edib" və Rostova doğru irəliləməyə başlayıb. Şoyqunun Rostovdan qaçdığını bildirən Priqojin onu qorxaq da adlandırıb.

Hazırda isə onun ordusu ilə Moskvaya getdiyi iddia edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!