Temperatur 50 dərəcəni keçdi – Dövlət idarələri bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Temperatur 50 dərəcəni keçdi – Dövlət idarələri bağlandı

Dünya

05 Avqust 2026 15:04 116


İraqda həddindən artıq isti hava şəraiti səbəbindən bir sıra əyalətlərdə dövlət idarələrinin fəaliyyəti müvəqqəti dayandırılıb.

“Yeni Sabah” xəbər verir ki, İraq mətbuatının yaydığı məlumata görə, havanın temperaturunun 50 dərəcəni keçəcəyi ilə bağlı xəbərdarlıqlardan sonra Bəsrə, Ziqar, Meysan, Kərbəla, Qadisiyyə, Babil və Vasit əyalətlərində rəsmi dövlət müəssisələrində iş bir günlük dayandırılıb.

Qubernatorluqlar qərarın dövlət qulluqçularını və vətəndaşları həddindən artıq isti havanın təsirlərindən qorumaq məqsədilə qəbul edildiyini açıqlayıb. Dördpendirli pizza

Bildirilib ki, səhiyyə, təhlükəsizlik, elektrik enerjisi və digər həyati əhəmiyyət daşıyan xidmətləri göstərən qurumlar bu qərardan istisna olunub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!