“Təqsiri Lukaşenkoda yox, özümüzdə axtarmalıyıq“ - Erməni siyasətçi

saytların hazırlanması

Evə çatdırılma

“Təqsiri Lukaşenkoda yox, özümüzdə axtarmalıyıq“ - Erməni siyasətçi

Rəsmi

08 Fevral 2022 15:22 933


“Belarus prezidentinin bəyanatı diplomatik cəfəngiyatdır, lakin Ermənistan səbəbləri özündə axtarmalıdır”.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bu sözləri müxalif “Daşnaksütyun” partiyasının üzvü Armen Rüstəmyan jurnalistlərə açıqlamasında bildirib:

“Bu cür bəyanatların səsləndirilməməsi təbiidir. Bu, beynəlxalq diplomatik praktikada cəfəngiyatdır, qalmaqallı epizodlardan biridir. Amma səbəbləri özümüzdə axtarmalıyıq.Onun bizimlə belə danışmasına icazə veririk".

Rüstəmyanın sözlərinə görə, Lukaşenko belə bir lüğətdən istifadənin olub-olmadığını nəzərə almadan düşündüklərini söyləyən özündə ikrah oyadan insanlardandır:

“Ancaq bu, ciddi daxili problemlərə, pərdəarxası baş verənlərə dəlalət edir”.

Xatırladaq ki, dünən Belarus prezidenti Aleksandr Lukaşenko jurnalist Vladimir Solovyova verdiyi müsahibəsində Ermənistanın getməyə yeri olmadığını qeyd etmişdi.

Qeyd edək ki, bu açıqlamadan sonra Ermənistan XİN belə bir bəyanatla çıxış edib:

“Biz əminik ki, Belarus prezidentinin orijinal geosiyasi təhlilləri ilk növbədə onun Ermənistana və onun xarici siyasətinə heç bir aidiyyəti olmayan daxili siyasi gündəminə xidmət etmək məqsədi daşıyır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!