Təranə Səmədova psixoloji ekspertizaya göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Təranə Səmədova psixoloji ekspertizaya göndərildi

Kriminal

26 Oktyabr 2023 14:18 1138


Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova və Rahim Həsənovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Yenisabah.az News24-ə istinadla xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxslərin vəkilləri Təranə Səmədova və Rahim Həsənovun hadisəni törədərkən anlaqsız olduğunu bildirib.

Vəkillər bildirib ki, təqsirləndirilən şəxslərin psixi durumu yoxlanmalıdır. Müdafiəçilər bu məqsədlə hər iki şəxs barədə psixoloji ekspertizanın keçirilməsi barədə vəsatət qaldırıb.  Sezar pizza

Vəsatət təmin olunub, T. Səmədova və R. Həsənov psixoloji tibbi ekspertizaya göndərilib. Proses qeyri-müəyyən vaxta təxirə salınıb. 

İttihama görə, Təranə Səmədova və Rahim Həsənov mütəşəkkil dəstə halında Bakıda imkanlı şəxsi şəkilləri ilə hədələyərək ondan külli miqdarda pul tələb edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!