Tereza Mey yenə rəqsi ilə gündəmə gəldi – Video

Tereza Mey yenə rəqsi ilə gündəmə gəldi – Video
İyul 15, 2019 15:50
Oxunma sayı: 119

“Brexit” böhranı səbəbilə istefa verən Böyük Britaniyanın baş naziri Tereza Mey dünən qatıldığı “The Henley Festival”ına rəqsi ilə damğa vurub.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, “ABBA” qrupunun məşhur “Dancing Queen” və “Mamma Mia” mahnılarının sədaları altında rəqs edən nazir dəqiqələrlə alqışlanıb.

T.Mey rəqs edərkən onun həyat yoldaşının isə heç bir reaksiya vermədən, hərəkətsiz dayanması diqqət çəkib.

 

Qeyd edək ki, T.Mey bundan öncə də tez-tez qəribə rəqsləri ilə gündəmə gəlib.

Sabrina

 

Yenisabah.az