“Tərtər intensiv atəşə tutulur, artilleriya və raketlərdən istifadə olunur” - Hikmət Hacıyev
26 Okt 2020 18:55
590

“Tərtər intensiv atəşə tutulur, artilleriya və raketlərdən istifadə olunur” - Hikmət Hacıyev

"Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonunu intensiv atəşə tuturlar. Artilleriya və raketlərdən istifadə olunur".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb. 

O qeyd edib ki, artilleriya və raketlərdən istifadə olunur: "Bu gün ərzində Tərtər daxil olmaqla Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılmışdır".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər