ABŞ-nin elektrikli avtomobil istehsalçısı ''Tesla'' uzun müddətdir gözlənilən elektrikli velosiped əvəzinə uşaqlar üçün balans velosipedini təqdim edib.
"Yeni Sabah" xəbər verir ki, şirkət onlayn mağazasında "Balance Bike for Kids" adlı yeni məhsulunu satışa çıxarıb. Velosipedin qiyməti 225 dollar müəyyən edilib.
Təqdim olunan model 2-5 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Məqsəd uşaqların adi velosiped sürməzdən əvvəl tarazlıq bacarıqlarını inkişaf etdirməsidir. Modeldə pedal, zəncir və ya elektrik mühərriki yoxdur. Uşaqlar velosipedi ayaqları ilə itələyərək hərəkət etdirir və bu yolla tarazlığı öyrənirlər. Dördpendirli pizza
Velosiped yüngül maqnezium ərintisindən hazırlanmış gövdəyə malikdir. Oturacağın hündürlüyü uşağın boyuna uyğun olaraq beş fərqli səviyyədə tənzimlənə bilir. Məhsulun gövdəsində ''Tesla'' loqosu, ön hissəsində isə şirkətin məşhur "T" emblemi yerləşdirilib.
Şirkət balans velosipedini daxili ayaq uzunluğu ən azı 34,8 santimetr olan uşaqlar üçün tövsiyə edir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız