ABŞ-ın Dallas şəhərindəki (Texas ştatı) xəstəxanada atışma baş verib.
Yenisabah.az "NBC News"a istinadla xəbər verir ki, tibb müəssisəsinin 2 əməkdaşı həlak olub.
İnsidenti yaradan şəxsi hadisə yerinə gələn polis əməkdaşları yaralayıb və başqa tibb müəssisəsinə yerləşdirilib. pizza
Atıcı 30 yaşlı Nestor Ernandez olub. Dallas polisinin məlumatına görə, o, quldurluq etdiyi üçün həbsdən şərti azad edilib və atışma zamanı ayağında elektron qolbaq taxmağa davam edib.
Telekanal qeyd edir ki, hücumun səbəbləri, eləcə də atəş açan şəxsin qurbanlarını tanıyıb-tanımaması hələ də aydın deyil. Xəstəxanada dəqiq kimin işlədiyi, ölənlərin olduğu açıqlanmır.
Telegram kanalımız