Rusiyada hərbi təyyarənin yaşayış binasına çırpılmasından həlak olanların sayı 14-ə çatıb.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, xilasedicilər Yeysk şəhərində çoxmərtəbəli binanın dağıntılarını təmizləyərkən həlak olan daha bir şəxsin cəsədini tapıblar.
Daha əvvəl insident nəticəsində 13 nəfərin öldüyü bildirilirdi. Marqarita pizza
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev yeni məlumatı təsdiqləyib.
Xatırladaq ki, Yeyskdə "Su-34" bombardmançı təyyarəsi qəzaya uğrayıb. Təyyarə 9 mərtəbəli binanın üzərinə düşüb və nəticədə yanğın başlayıb.
Son məlumatlara görə, hadisə nəticəsində 19 nəfər xəsarət alıb.
Telegram kanalımız