“TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi

saytların hazırlanması

Evə çatdırılma

“TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi

Kriminal

01 İyul 2026 10:09 79


Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə və internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmədə təqsirləndirilən Aslan Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Sezar pizza

İttihama görə, Aslan Babayev “TikTok” sosial şəbəkəsində şəxsiyyətini gizlətmək məqsədilə “Aylin Qurbanova” adlı saxta profil yaradaraq özünü qadın kimi təqdim edib. O, həmin profil vasitəsilə tanış olduğu zərərçəkmiş B.B.-nin (adı, soyadı şərtidir) fotoşəkillərini əldə etdikdən sonra şəkillərdən birinin üzərinə təhqiramiz məzmunlu “evli qadınlara yataq təklif edir şərəfsiz” ifadəsini yazıb.

Bundan sonra, o, 2025-ci ildə Saatlı şəhəri ərazisində yerləşən evində olarkən həmin saxta profildən istifadə etməklə hazırladığı görüntünü “TikTok”da paylaşaraq zərərçəkmiş şəxsi təhqir edib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bununla kifayətlənməyərək zərərçəkmiş şəxslərin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək onlardan pul tələb edib.

O, Oğuz rayonunda yaşayan digər zərərçəkmiş H.H (adı, soyadı şərtidir) ilə də sosial şəbəkə vasitəsilə tanış olub, onun fotoşəkillərini əldə etdikdən sonra həmin şəkillərin üzərinə nalayiq ifadələr yazaraq internetdə yayacağını bildirib və görüntülərin paylaşılmaması müqabilində pul tələb edib.

Aslan Babayev həmin şəxsdən ümumilikdə 500 manat məbləğində pul vəsaitini müxtəlif bank kartlarına köçürtdürüb. Əldə etdiyi vəsaiti isə qanunsuz mərc oyunlarında istifadə edib.

Bundan başqa, o, “Müəllimə” adlı digər saxta profil yaradaraq daha bir şəxslə əlaqə saxlayıb, onun da fotoşəkillərini yaymaqla hədələyib və görüntülərin paylaşılmaması müqabilində pul tələb edib. Zərərçəkmiş şəxs tərəfindən ümumilikdə 200 manat pul vəsaiti təqsirləndirilən şəxsin göstərdiyi bank hesablarına göndərilib.

Məhkəmə iclasında dindirilən Aslan Babayev Cinayət Məcəlləsinin 148-1 və 182.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində deyib ki, “TikTok” sosial şəbəkəsində qadın adı ilə qeydiyyatdan keçərək müxtəlif şəxslərlə yazışıb və əsas məqsədi zərərçəkmiş B.B.-dən 500 manat pul almaq olub. Təqsirləndirilən şəxs qeyd edib ki, “Aylin Qurbanova” və “Müəllimə” adlı profillərdən istifadə edib, profillərdə yerləşdirdiyi qadın şəkillərini isə internetdən götürüb.

Aslan Babayevin sözlərinə görə, mərc oyunlarında böyük məbləğdə pul uduzub. Onun pula ehtiyacı yaranıb və zərərçəkmiş şəxslərdən aldığı vəsaiti də məhz həmin oyunlarda istifadə etdiyini vurğulayıb.

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş şəxsləri əvvəllər tanımayıb, onlarla yalnız sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb. O, fotoşəkillərin üzərinə hansı ifadələri yazdığını dəqiq xatırlamadığını, lakin ittiham aktında göstərilən halların doğru olduğunu etiraf edib.

Həmçinin məhkəmədə deyib ki, vurulmuş maddi ziyan anası tərəfindən ödənilib və zərərçəkmiş şəxslərlə barışıq əldə olunub.

Aslan Babayev son sözündə törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!