Tiktoker Səfər Türkiyədə həbs edilib?

saytların hazırlanması

Evə çatdırılma

Tiktoker Səfər Türkiyədə həbs edilib?

Şou

21 İyun 2023 11:00 1024


Azərbaycanda populyar olan tiktoker Səfər Eyvazovun həbs olunduğu iddia edilir.  

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə fenomenin dostları məlumat yayıb.

Türkiyədə "TikTok"-da kredit kartlarının surətini çıxaran, virtual valyuta ticarətindən haqsız qazanc əldə edən və lüks həyat videolarını paylaşan dəstə üzvləri ilə müqavilə bağlayan 215 fenomenə basqın edilib. pizza

Əməliyyatda 120 nəfər saxlanılıb. Saxlanılanlar arasında Tiktok-da 726 min izləyicisi olan S. Eyvazovun da olduğu deyilir.

Digər şəxslərin tutulması istiqamətində işlər davam etdirilərkən, 32 mənzil, 9 torpaq sahəsi, 6 iş yeri və 1 villa, 38 avtomobil, 14 şirkətə məxsus ortaqlıq payları, 1700 bank hesabı və kripto aktiv hesabları, 82 min TL, 17 min 300 dollar, 6 min 650 avro, 2 sənədsiz tapança, 1 quru atəş tapançası və 93 patron, bəzi narkotik və xəbərdarlıqçı maddələr və çox sayda rəqəmsal vəsait ələ keçirilib.

İstintaqda 40 nəfərin zərərçəkmiş olduğu bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!