Tokio-2020 də təxirə salındı - Rəsmi
24 Mart 2020 19:23
359

Tokio-2020 də təxirə salındı - Rəsmi

Tokio-2020 Yay Olimpiya Oyunları koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Şinzo Abe məlumat yayıb.

O, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Oyunların Təşkilat Komitəsinin rəhbəri Esiro Mori ilə yarışın təxirə salınması məsələsi barədə danışıb. Şinzo Abe telefon vasitəsilə keçirdikəri konfransda yarışın təxirə salınması qərarına gəldiklərini söyləyib:

“Mən cənab Baxa yarışın gələn ilə təxirə salınmasını təkllif etdim. O, mənimlə razıdır".

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.

Oxşar xəbərlər