Tolik: “1 aydır tonlarla içməli su israf olunur”   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Tolik: “1 aydır tonlarla içməli su israf olunur” - VİDEO

Şou

26 Fevral 2025 10:30 209


Babək prospektində 1 aya yaxındır içməli su israf olunur.

Yenisabah.az xəbər verir ki, bu barədə prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) məlumat verib.  O, həmin ərazindən görüntüləri paylaşaraq sosial şəbəkə hesabında bunları yazıb:

"Babək prospektinin tam ortasından körpünün altına qədər axaraq israf olunan içməli sudan danışmaq istəyirəm. "Azərsu" (indiki adı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti) orada yoxlama aparıb və bildiriblər ki, "Azəravtoyol"a (indiki adı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) orada qazıntı aparmağa icazə vermir. Bu səbəbdən 1 aya yaxındır tonlarla içməli su israf olunur. Biz bilirik ki, dövlətimiz içməli su tədarükünü görür. Suya qənaət edilməsi üçün çarxlar çəkilir. Amma "Azərsu" və "Azəravtoyol" 1 aydır tonlarla axan içməli suyun israfçılığa uğramasının qarşısını almırlar. Su çərşənbəsidir, ola bilər ki, Bakının hansısa kənd və ya qəsəbələrində su gəlmir. Ona görə də qurumlardan xahiş edirəm ki, bu su məsələsini tez bir zamanda həll etsinlər. Çünki vətəndaşlarımız qar yağanda evdən bayıra çıxmadıqları halda gedib çöldən vedrə ilə su gətirməsinlər". pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!