Tolik atasının məzarından VİDEO paylaşdı

saytların hazırlanması

Evə çatdırılma

Tolik atasının məzarından VİDEO paylaşdı

Şou

25 Yanvar 2024 14:43 551


Aparıcı Tarix Əliyev atasının ildönümündə onun məzarını ziyarət edib.

Yenisabah.az xəbər verir ki, o, "Instagram" hesabındakı duyğusal paylaşımı ilə sevənlərini kədərləndirib. 

"Zaman da həyat kimi etibarsız, vəfasızdır. İllər nə tez keçdi, düz 3 il öncə, elə bu saatlar idi ki, sənin qəflətən öldü xəbərini mənə telefonda dedilər. O an içimdən nə keçirdiyimi, nə hisslər yaşadığımı valideyn itirən hər kəs bilir. Telefonda susdum, ne deyecəyimi, neyləcəyimi bilmirdim. pizza mizza

Maşına oturdum... və yolda anladım ki, artıq mənim də atam yoxdu. Sadəcə xatirələrin, yadigarın qaldı bir də mənə etibar etdiyin Fatimə bacım. Yoxsan bilirəm, haqq dünyasındasan! 

Bilirəm ki, də məni qoruyursan, məni esidir, mənə görə narahat olursan. Amma aldığım acı xəbər tək bu deyildi. Sən sevdiyin qadını da çox qısa müddətdə yanına apardın...

Sizsiz qaldıq! Amma bilirik ki, rahatsınız. Bir -birinizə orda da həyansınız. Ürəyimdə sənə demək istədiyim o qədər şey var ki, yolun düşsə bu dünyaya bir də gəl deməyi o qədər istəyirəm ki!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!