Tolik dövlət qurumuna meydan oxudu: “Zorlanma səhnələrini efirdə...”

saytların hazırlanması

Evə çatdırılma

Tolik dövlət qurumuna meydan oxudu: “Zorlanma səhnələrini efirdə...”

Şou

23 Fevral 2024 10:27 2329


Aparıcı Tarix Əliyev (Tolik) verilişindəki çıxışına görə Audiovizual Şura tərəfindən cəzalandırılmasına səssiz qalmayıb. 

Yenisabah.az xəbər verir ki, bu haqda Tolik sosial şəbəkə hesabında yazaraq Audiovizual Şuraya etiraz edib:

"Qanun hamı üçün qanundur, deməli, belə məsləhətdir. Hörmətli Audiovizual şura, deyəsən, hərdən diqqətinizdən yayınır, xəbərçilik kimi çıxmasın: Bəzi verilişlərdə əqli qüsurluları ələ salıb, qoca arvadları ərə verən, şikayətçiləri qarşısında diz çökdürən, zorlanma səhnələrini efirdə çılpaqlığı ilə büruzə verən, azyaşlı uşaqları üzübağlı da olsa çıxarıb xalqa yazıq kimi təqdim edən, müğənnilərin həcilərini müzakirə edən, selikonlarını, bədənlərini abartılı formada təqdim edənləri də cəzalandırın". pizza sifarişi

Qeyd edək ki, Tolikin "Tarixin bir günü" proqramında yeniyetməyə qarşı qeyri-etik hərəkətlər edən məktəblinin görüntüsünü tənqid etməsinə görə MTV kanalının yayımı müvəqqəti dayandırılacaq. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!