Tolik həmkarlarına söz atdı: “Hamını kölgədə qoydum“

Tolik həmkarlarına söz atdı: “Hamını kölgədə qoydum“

Şou

24 Yanvar 2023 17:54 473


“Mən heç kimlə nə rəqabət aparır, nə də kimlərinsə sponsorlarına göz dikirəm".

Yenisabah.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında aparıcı-prodüser Tarix Əliyev (Tolik) paylaşıb.

O əlavə edib: "Şükür Allaha, 5 aydır sosial layihənin aparıcısıyam. Çalışdığım kanal musiqili-əyləncəli olsa da, gələn şikayətçilər və gündəm mövzular bəzi özünə "mənəm-mənəm" deyən verilişlərdən çoxdur”.

Tolik ad çəkmədən həmkarlarının bostanına daş atıb:

“Bəzi aparıcılar kimi "Instagram" səhifəsi işlədənləri bəh-bəhlə tərifləyib efirə çağırmıram. Verilişimə gələnlər peşəkar jurnalistlərdir, verilişim haqqında ölkənin ən sanballı xəbər saytları və "Instagram" səhifələri yazır.

Mən Xəzər TV-də veriliş aparanda sübut etdim ki, "mənəm-mənəm" deyən kanalların səhər verilişlərini reytinq və sponsor sayında kölgədə qoydum. Gülbahar xanımın (Əməkdar artist Gülbahar Şükürlü) mövzusuna gəldikdə isə mən heç kəsi yalvarım efirimə dəvət edib, ağladıb, reytinq qazanmıram. Buna ehtiyacım yoxdur. Məndən Nüşabə Ələsgərli və Elgiz Əkbər zəng edib xahiş etdi. Məbləği də yığıb verdik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!