“Mən karantin başlayandan heç vaxt narazılıq etməmişəm. Çünki bu bütün dünyanı ağuşuna almış bəladır.”
Bu sözləri tanınmış prodüser, teleaparıcı Tarix Əliyev deyib.
Yenisabah.az xəbər verir ki, aparıcı toyların olmamasına etiraz edib: Dördpendirli pizza
“Bir ilə yaxındır ki, toyların olmaması təkcə evlənən cütlüklərin deyil, buna bağlı olan bir çox sahələrin irəliləyişinə mane olur, işsizliyin artmasında rol oynayır. Bura aid olan sahələr: restoranda çalışan bütün personal, zərgərlik və zinət əşyaları, kənd təsərrüfatı, geyim sektoru, mebel sektoru, gözəllik salonları, fotoqraf və videoqraflar, musiqiçilər, ev alqı-satqı sektoru və s. Restoranda 80 nəfər yeyib-içə bilər, amma toy etmək olmaz. Bu nə qədər doğrudur?"
Telegram kanalımız