Xəbər verdiyimiz kimi, prodüser Tarix Əliyev (Tolik) aparıcı kimi çalışdığı Xəzər TV-dən ayrılıb. O, 5 ilə yaxındır çalışdığı kanaldan öz ərizəsi ilə uzaqlaşıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Tolik artıq yeni işə başlayacağını bildirib:
““Xəzər” televiziyasından öz ərizəm və istəyimlə ayrılmışam. İnşallah, yeni işə başlayıram. Heç çox uzun çəkməyəcək, bu həftənin sonuna qədər hansı kanalda veriliş aparacağımı biləcəksiniz. Veriliş tam ürəyim istəyən kimi olacaq. Dominos pizza
“Xəzər”dən sonra bir neçə telekanaldan dəvət almışam, görüşmüşəm. Amma hələ ki, hansı kanalda işə başlayacağımı gizli saxlamaq istəyirəm. İnşallah, bir neçə günə hər kəsə açıqlayacağam. Bu kanalda hər şey ürəyim istədiyi kimi oldu və çox razıyam”.
Əsmətxanım
Telegram kanalımız