Türkiyəli həkim Nüket Eroğlunun qardaş ölkəyə köməyə gedən Azərbaycan əsgərləri barədə dediyi sözlər müzakirələrə səbəb olub.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında yanğınlar haqda danışan həkim azərbaycanlı əsgərlərin ölkəyə gəlməsinin əleyhinə olduğunu bildirib:
“Öz əsgərlərimiz deyir ki, mən nəyin bahasına olursa, olsun bu təyyarələri qaldırıb yanğını söbdürəcəyəm, amma icazə verilmir. Azərbaycandan bir qrup azərbaycanlı əsgər gəlib mənim torpağımda gəzir, kim olduğu bəlli deyil. Baxdıqca anlam verə bilmirəm”. Sezar pizza
Onun bu sözləri azərbaycanlılar tərəfindən kəskin reaksiyaya səbəb olub. Onlar həkimi Azərbaycan əsgərlərini təhqir etməkdə ittiham ediblər.
Nüket Eroğluna sosial şəbəkə şərh yazan prodüser Tarix Əliyev (Tolik) onu erməni adladırıb:
“Bizim ölkə ilə probleminiz var? Siz Bakıda qazana bilməmisiniz deyə belə danışırsınız? Siz kimsiniz?! Sizin kimi erməni tərəfdarları bizə heç nə deyə bilməz! Həddinizi bilin! Bu qancığın iş yerinə zəng vurdum, ağzımdan çıxanı dedim. Dedim ki, olduğun yerə Türkiyədə yaşayan azərbaycanlılar gəlib səni başa salar. Tərbiyəsiz”.
Daha sonra Tolik onun səhifəsini paylaşaraq şikayət olunmasını istəyib.
Qeyd edək ki, İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarına başlayıb. Hazırda FHN-in yanğınsöndürmə qüvvələri Türkiyənin Marmaris bölgəsində meşə yanğınları ilə mübarizə aparır.
Həmin görüntüləri təqdim edirik:
Əsmətxanım
Telegram kanalımız