Tolikdən maraqlı açıqlama: “Əgər sizin ailənizdə narkoman varsa...”   - Video

saytların hazırlanması

Evə çatdırılma

Tolikdən maraqlı açıqlama: “Əgər sizin ailənizdə narkoman varsa...” - Video

Şou

08 İyul 2021 10:23 1296


Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) son zamanlar ən çox müzakirə edilən narkotik maddə aludəçilərindən danışıb.

Yenisabah.az xəbər verir ki, o, sosial şəbəkə hesabında narkotik maddə qəbul edən şəxsin görüntülərini paylaşaraq bu sözləri qeyd edib:

“Əgər bir il bundan öncə ölkəmizin əsas problemi işğal olunmuş 20 faiz torpaqlarımız idisə, bu gün gənclərimizin açıq-aşkar narkomaniyanın qurbanına çevrilməsidir. Bəlkə də MDB ölkələri arasında ən çox sosial şəbəkədə bu maddələr açıq-aşkar təbliğ olunur. Marqarita pizza

Bəli, DİN son günlər onlarla narkotik alverçisini və onların təbliği ilə məşğul olan insanları tutub. Amma bu azdır”

Aparıcı vətəndaşları narkomaniya ilə mübarizədə səfərbər olmağa dəvət edib:

“Düşünürəm ki, bu mübarizədə hər birimiz səfərbər olmalıyıq. Əziz analar, bacılar, gəlinlər! Əgər sizin də ailənizdə kimsə bu bəlaya düçar olubsa, onu dövlətə deməklə siz həm onun həyatını xilas etmiş olursuz, həm də başqa gənclərin bu bəlaya yoluxmasının qarşısını alırsız.

Narkomaniyaya stop deyək!”

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!