Toni Kross: “Dünya səviyyəli bir futbolçumuz belə yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Toni Kross: “Dünya səviyyəli bir futbolçumuz belə yoxdur”

İdman

01 İyul 2026 15:47 75


Almaniya millisinin sabiq üzvü Toni Kroos ölkəsinin Paraqvaya məğlub olaraq Dünya Kubokundan kənarda qalmasına münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, 36 yaşlı keçmiş yarımmüdafiəçi bir vaxtlar formasını tərlətdiyi seçmə kollektivi kəskin tənqid edib:

“Hazırda dünya səviyyəli bir futbolçumuz belə yoxdur. Həmin səviyyəyə yüksəlmək potensialına malik oyunçularımız var, amma bu, onların artıq dünya səviyyəli olduqları anlamına gəlmir. Marqarita pizza

Dünya Kubokundakı oyunların taleyini dünya səviyyəli futbolçular həll edir və bombardirlər siyahısına da onlar başçılıq edirlər. Bizim isə həmin siyahıda bir nəfər də yoxdur. Bunu etiraf etməliyik.

Əvvəllər uğurlu turnirlər keçirəndə həmişə hiss edirdim ki, lazım olan anda oyunumuzu bir səviyyə də yüksəldə bilərik. Bu komanda isə artıq buna qadir deyil. Sadəcə düşünürük ki, Paraqvaydan daha güclüyük və hansısa şəkildə qalib gələcəyik”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!