“Traktor”dan SƏRT BƏYANAT: “İrandakı milyonlarla türk müsəlman deyilmi?”

saytların hazırlanması

Evə çatdırılma

“Traktor”dan SƏRT BƏYANAT: “İrandakı milyonlarla türk müsəlman deyilmi?”

Siyasət

14 Oktyabr 2026 17:02 289


Təbrizin məşhur "Traktor" futbol klubunun sosial şəbəkə səhifəsində İrandakı milli diskrıminasiya və asimilyasiya siyasətini ifşa edən kəskin bəyanat yayılıb.

“Yeni Sabah” xəbər verir ki, açıqlamada müsəlman ölkələrində baş örtüyü məsələsinin gündəmə gətirildiyi, lakin İranda 40 milyona yaxın türkə qarşı yürüdülən türk düşmənçiliyinə sükut göstərildiyi bildirilib.

Bəyanatda 100 ildən artıqdır ki, İranda məktəblərdə ana dilində təhsilin qadağan edildiyi, övladlara türkcə ad verilməsinə, eləcə də şirkət və mağazalara türkcə adların qoyulmasına imkan verilmədiyi diqqətə çatdırılıb: Marqarita pizza

"Yalnız fars və ərəb dilləri keçərlidir. Hətta prezidentin belə öz ana dilində danışmasına çətinliklə icazə verilir. Müsəlman insanların hüquqları və insanlıq sizin üçün bu qədər önəmlidirsə, İrandakı milyonlarla türk müsəlman deyilmi? Niyə mövzu İran olunca sükut edirsiniz?!"

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!