Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham etdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham etdi

Dünya

08 Oktyabr 2026 00:08 85


ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunu (FTB) Co Bayden administrasiyası dövründə həyat yoldaşı Melaniyanı və oğlu Berronu izləməkdə ittiham edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə bildirib.

"Onlar dövlət orqanlarından silah kimi istifadə ediblər, mənim həyat yoldaşımı, yetkinlik yaşına çatmayan oğlumu izləyiblər", - Tramp baş verənləri "biabırçılıq" adlandıraraq bildirib. Dördpendirli pizza

Bəyanata səbəb Trampın Mar-a-Laqo malikanəsində məxfi sənədlərin saxlanılması işinin təhqiqatı ilə bağlı FTB əməkdaşlarının məxfiliyi açılmış yazışmalarının Ağ Ev tərəfindən dərc edilməsi olub.

Açıqlanan materiallara görə, 2022-ci ildə malikanədəki axtarışdan əvvəl FTB əməkdaşları Trampın, onun həyat yoldaşının və oğlunun səfərləri barədə büroda olan məlumatları dəqiqləşdirməyi planlaşdırırdılar.

Söhbət xüsusilə təyyarələrin tiplərindən və onların hərəkət vaxtlarından gedirdi.

2023-cü ildə Trampa Mar-a-Laqoda məxfi sənədlərin lazımi qaydada saxlanılmamasına görə ittihamlar irəli sürülüb.\Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!