Tramp hələ ki İrana zərbələrin gücləndirilməsini nəzərdən keçirmədiyini açıqlayıb

saytların hazırlanması

Evə çatdırılma

Tramp hələ ki İrana zərbələrin gücləndirilməsini nəzərdən keçirmədiyini açıqlayıb

Dünya

25 İyul 2026 00:33 78


ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana endirilən zərbələrin miqyasının artırılması barədə hələlik yekun qərar qəbul etməyib.

"Yeni Sabah" xəbər verir ki, Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən Amerika lideri Vaşinqtonun Tehranla təmasları davam etdirdiyini bildirib.

"Biz hazırda onlarla danışırıq. Mən belə hesab edirəm ki, onlar gündən-günə daha da ciddiləşirlər, yəqin ki, açıq-aydın səbəbə görə", - Tramp bildirib. Marqarita pizza

Onun sözlərinə görə, ABŞ-nin münaqişədən çıxış üçün bir neçə variantı var. Onlardan biri hərbi əməliyyatların davam etdirilməsini və İran obyektlərinə daha intensiv zərbələrin endirilməsini nəzərdə tutur. Tramp razılaşmanın bağlanmasını daha məqbul variant adlandırıb.

"Hərbi çıxış yolu var ki, bu halda, biz onların sahib olduqları hər şeyi partladaraq, sadəcə olaraq eyni şeyi və hətta daha sərt şəkildə etməyə davam edirik. Yaxud daha ağıllı strategiya var - sövdələşmə bağlamaq", - ABŞ Prezidenti bəyan edib.

Tramp belə bir fikir bildirib ki, İran razılaşmada maraqlı olsa da, hələlik buna hazır deyil. Onun sözlərinə görə, İran tərəfi sərtlik nümayiş etdirməyə çalışaraq razılığa gəlmək istəyi barədə həmişə açıq şəkildə bəyan etmir.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı əməliyyata başlayıb. İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı əldə olunmuş razılaşmaların Hörmüz boğazına aid hissəsinin şərtlərini pozmaqda ittiham edərək İrana genişmiqyaslı zərbələri bərpa edib.\"Report"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!