Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

Siyasət

23 Sentyabr 2026 10:22 114


ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini paylaşıb.

"Yeni Sabah" xəbər verir ki, o, “Truth Social” səhifəsində  “Azərbaycanın Hacıyevi Newsmax-a: Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür” başlığı ilə dərc edilib.

Qeyd edək ki, Hikmət Hacıyev sentyabrın 14-də verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasındakı sülh prosesində rolundan danışıb. pizza

“Prezident Tramp və onun vəzifəyə gəlişi ABŞ-la Azərbaycan arasında əməkdaşlığı və tərəfdaşlığı tamamilə dəyişdi. Ən vacib məsələ isə sülhdür. O, Cənubi Qafqaz regionuna sülh gətirdi”, – Hikmət Hacıyev bildirib.

O, 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən görüşü “tarixi məqam” adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!