Donald Tramp Şimali Koreya lideri ilə sammitdə Kim Çen İnə niyə “Little Rocket Man” ("Balaca Raket Adam") deməsinin səbəbini izah edib.
Yenisabah.az “Business Insider”ə istinadla xəbər verir ki, Tramp bu ifadənin Elton Conun mahnısından götürdüyünü söyləyib.
Xatırladaq ki, 2017-ci ildə KXDR bir sıra ballistik raket sınaqları keçirən zaman Tramp Kim Çen İnlə qiyabi polemikanın qızğın vaxtında onu bir neçə dəfə “Little Rocket Man” adlandırıb. Buna cavab olaraq KXDR lideri də Trampa “ağlını itirən qoca adam” demişdi. pizza
Daha sonra birgə sammitdə Tramp Kim Çen İndən “Rocket Man” mahnısının müəllifi Elton Conun kim olduğunu bilib-bilmədiyini soruşub. Şimali Koreya lideri mənfi cavab verib. Tramp izah edib ki, onu Kim Çen İnə bu ləqəbi verməyə ruhlandıran məhz həmin mahnı olub.
Telegram kanalımız