2021-ci il yanvarın 6-da Kapitoliyə hücumla bağlı araşdırma aparan ABŞ Nümayəndələr Palatasının xüsusi komitəsi yekun hesabatı dərc edib.
Yenisabah.az “The Guardian”a istinadla xəbər verir ki, 845 səhifəlik sənəddə eks-prezidenti Donald Tramp çoxkomponentli sxem vasitəsilə seçkilərin nəticələrini ləğv etmək və hakimiyyətin ötürülməsini əngəlləmək qərarına gəldiyi qeyd olunub.
“Mövcud sübutlar bizi inandırıcı və birmənalı nəticəyə gətirib çıxarır: 6 yanvar hadisələrinin əsas səbəbi bir nəfər, ABŞ-ın keçmiş prezidenti Donald Tramp olub. Tramp olmasaydı, 6 yanvar hadisələri baş verməzdi”, - deyə hesabatda vurğulanıb. Pepperoni pizza
Telegram kanalımız