ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Danimarka və Qrenlandiya rəhbərliyi ilə strateji təhlükəsizlik sazişi əldə etdiyini açıqlayıb. Razılaşmaya əsasən, Qrenlandiya Danimarkanın suverenliyi altında qalmaqla yanaşı, ABŞ-a adada müddətsiz hərbi və təhlükəsizlik səlahiyyətləri verilir.
“Yeni Sabah” xəbər verir ki, Tramp anlaşmanı "tarixi" və "ABŞ üçün arzulanan nəticə" kimi qiymətləndirib. Sazişin əsas şərtləri aşağıdakılardır:
ABŞ ölkəyə heç bir maliyyə yükü yaratmadan Qrenlandiyada şəxsi heyəti artırmaq, yeni hərbi obyektlər tikmək və hava müdafiəsinə nəzarət etmək hüququ qazanır; Toyuqlu pizza
Vaşinqtonun yazılı icazəsi olmadan üçüncü ölkələrin (xüsusilə Rusiya və Çinin) adada baza açmasına, qoşun yerləşdirməsinə və ya həssas sektorlara investisiya qoymasına qadağa qoyulur;
Qrenlandiya Danimarkanın beynəlxalq səviyyədə tanınmış ərazisi olaraq qalır, ABŞ Kopenhagenin suverenlik hüquqlarını tanıyır.
Vaşinqton dərhal adada genişmiqyaslı hərbi infrastrukturun qurulması üçün yerli hakimiyyətlə əməkdaşlığa başlanacağını bəyan edib.
Nazim Hacıyev
Telegram kanalımız