Tramp Rusiyanın NEZ-lərinə Ukrayna hücumlarının dayandırılmasını istəyir

saytların hazırlanması

Evə çatdırılma

Tramp Rusiyanın NEZ-lərinə Ukrayna hücumlarının dayandırılmasını istəyir

Dünya

13 Sentyabr 2026 19:16 82


ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini Rusiyadakı neft emalı zavodlarına (NEZ) hücumları dayandırmağa çağırıb, çünki bu, dünya bazarlarında dizel yanacağı qıtlığı təhlükəsi yaradır.

"Yeni Sabah" xəbər verir ki, Tramp bu barədə İrlandiya Açıq Çempionatında jurnalistlərlə söhbəti zamanı deyib.

"Cənab Zelenski bir şey etməlidir. O, Rusiyada dizel yanacağı ehtiyatlarına zərər vurmağı dayandırmalıdır. Qoy o, hədəflərə hücum etsin, amma dizel yanacağına yox, çünki bu, qıtlığa səbəb olur", – Tramp bildirib. Sezar pizza

Onun sözlərinə görə, dizel qıtlığı Yaxın Şərqdəki vəziyyətlə əlaqədar deyil, Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlarla bağlıdır.

"Ona görə də biz Zelenski ilə bu barədə danışdıq. Çoxlu başqa hədəflər var. Biz onun dizel yanacağına zərbələr endirməsini istəmirik, çünki bu, bütün dünyaya zərər verir", - Amerika lideri dəqiqləşdirib.\"Report" 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!