ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən xəritə paylaşaraq diqqət çəkib.
“Yeni Sabah” xəbər verir ki, Tramp sosial media hesabında körfəz bölgəsinin xəritəsini paylaşıb. Xəritədə dairəyə alınan Hörmüz boğazının adı “Tramp boğazı” kimi göstərilib. Tramp sentyabrın 2-də etdiyi paylaşımda da Hörmüz boğazının ABŞ-ın nəzarətində olduğunu iddia etmiş və onun adının “Tramp boğazı” olaraq dəyişdirilməsini təklif edə biləcəyini bildirmişdi.
ABŞ Prezidenti daha əvvəlki açıqlamalarında da Hörmüz boğazının ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu və ərazinin “ABŞ torpağı” hesab edilə biləcəyini iddia edib. pizza hut
Əsmətxanım Rzazadə
Telegram kanalımız