Trampa qarşı üçüncü sui-qəsdin qarşısı alındı 

saytların hazırlanması

Evə çatdırılma

Trampa qarşı üçüncü sui-qəsdin qarşısı alındı 

Dünya

14 Oktyabr 2024 09:59 676


Kaliforniyada polis ABŞ-ın keçmiş prezidenti və Respublikaçıların prezidentliyə namizədi Donald Trampın çıxış etdiyi yerdən çox da uzaq olmayan şəxsi həbs edib. 

Modern.az xəbər verir ki, xarici KİV saxlanılan şəxsin əlində silah olduğunu yazıb. 

İddia edilib ki, Trampa qarşı üçüncü sui-qəsdin qarşısı alınıb.  Marqarita pizza

“Vem Miller kimi tanınan 49 yaşlı kişi Las-Veqas sakinidir. Onun yanında ov tüfəngi, dolu tapança və yüksək tutumlu maqazin olub”, - ABC7 xəbər verib. 

Riverside County Şerif Ofisinin məlumatına görə, başqa bir qətl cəhdinin qarşısı alınmış ola bilər. 

Həmin şəxs saxta pasportla mitinq yerinə girməyə cəhd edib. 

Həbs edilən Vem Miller adlı şəxs müqavimət göstərməyib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu iş üzrə istintaq davam edir. 

Bu il iyulun 13-də Trampa qarşı sui-qəsd olub. O vaxt mitinqdə bir nəfər keçmiş prezidentə atəş açsa da, nəticədə yalnız qulağı zədələnmişdi. Daha sonra, sentyabrın 15-də Floridada ona qarşı növbəti sui-qəsd uğursuzluqla nəticələnib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!