Trampdan yanacaqla bağlı sərt addım - Dizelin ixracı dayandırılır?

saytların hazırlanması

Evə çatdırılma

Trampdan yanacaqla bağlı sərt addım - Dizelin ixracı dayandırılır?

Dünya

24 Sentyabr 2026 16:58 86


ABŞ-da yanacağın qiymətinin artması fonunda Donald Tramp administrasiyasının yeni addım atmağa hazırlaşdığı bildirilir.

“Yeni Sabah” xəbər verir ki, “Politico” qəzetinin məlumatına görə, ABŞ rəhbərliyi dizel yanacağının ixracına 90 günlük qadağa tətbiq etməyi nəzərdən keçirir. Məlumata görə, qərarın noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən əvvəl ölkədə artan yanacaq qiymətlərinə təsir göstərmək məqsədi daşıyır.

Tramp administrasiyasının dizel yanacağının ixracına 90 günlük qadağa qoymağı planlaşdırdığı iddia edilir. Lakin bu məsələ ilə bağlı ABŞ hökumətində və neft sənayesində fikir ayrılığı yaranıb. Neft sənayesinin bəzi nümayəndələri, Respublikaçılar Partiyasından olan bəzi Konqres üzvləri və administrasiyanın müəyyən rəsmiləri belə bir qərarın qısa müddətdə yanacağın qiymətini aşağı sala biləcəyini, lakin sonrakı dövrdə qiymətlərin daha da artmasına səbəb ola biləcəyini düşünürlər. Pepperoni pizza

Məlumata görə, qarşıdakı seçkilərə 7 həftədən az vaxt qaldığı bir vaxtda yüksək enerji qiymətləri Respublikaçılar Partiyasından olan namizədlər üçün problem yaradır. Mənbələrdən bəziləri bildiriblər ki, Tramp həftə sonuna qədər ixrac qadağasını elan etməyi nəzərdən keçirir. Yarana biləcək mənfi nəticələrin isə daha sonrakı dövrə, yəni dekabra qədər təxirə salınacağı düşünülür.

Əgər dizel yanacağının ABŞ-dan göndərilməsi dayandırılarsa, bu, 2015-ci ildə keçmiş prezident Barak Obama administrasiyasının uzun illər qüvvədə olan neft ixracı qadağasını ləğv etməsindən sonra ölkənin enerji ixracına tətbiq edilən ilk məhdudiyyət olacaq.

ABŞ-də dizelin bir qallonu (3,785 litr) hazırda təxminən 6,50 dollara satılır. Bildirilir ki, qiymət ötən illə müqayisədə 2,83 dollar artıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!